Videoları ilə rekord qıran kababçı Nüsrət kimdir? – ARAŞDIRMA

0
918
6 MILYONA YAKIN TAKIPCISI ILE SOSYAL MEDYA FENOMENLERI ARASINDA OLAN NUSRET GOKCE OYUNU ILGINC BIR SEKILDE ATIP ISLEM TAMAM DEDI ISTANBUL DHA
Загрузка...
Загрузка...

Sosial mediada yüklədiyi video materiallarla yalnız Türkiyədə deyil, dünyada da tanınmağa başlayan türkiyəli kababçı Nüsrət Gökçe kimdir?
PressClub.Az bildirir ki, sherg.az Türkiyə mətbuatına istinadən məşhur kababçının həyatı haqqında araşdırma aparıb…

Nüsret Gökçe kimdir?

1983-ci ildə Ərzurumda dünyaya gələn Nüsrət Gökçe, mədən fəhləsi bir atanın 5 övladından biridir. Hələ iki yaşında ailəsiylə birlikdə Ərzurumdan Darıcaya köçən Nüsrət, maddi çətinliyə görə Darıcada Faiq Şahenk adına orta məktəbi altıncı sinifdə buraxmaq məcburiyyətində qalıb.
Peşə həyatına Bostançı qəssablar bazarında başlayan Nüsrət, uzun bir müddət qəssab şagirdliyi edib. Böyük bir qəssab dükanında 10 ustayla eyni anda çalışan Nüsrət, gündə 18 saat aktiv çalışıb. Ət doğramaqda peşəkarlığını qısa zamanda çox iş görmək bacarığına borclu olan Nüsrət, ilk olaraq 2007-ci ildə İstinye Parkda açılan qəssab-restoran şəbəkəsində işə başlayıb. Bu təcrübədən sonra dünya üzərindəki digər restoran konsepsiyalarını görmək istəyən gənc sahibkar, Argentinaya doğru yola çıxır.
Cibindəki son pulu və kredit kartından çəkdiyi 7 min TL ilə getdiyi Argentinada qəssabları və restoranları gəzən Nüsrət, sektor haqqında fikir ala bilib.
Türkiyəyə qayıdanda eyni iş yerində işləməyə davam edən Nüsrət, bu təcrübələri işində göstərməyə nail olub. “Lokum”, “Qoz”, “Qəfəs” kimi bişmiş ət yeməyi növlərini ilk dəfə özünün etdiyini deyən dünyaca məşhur restoran sahibi, bu dəfə yeni təcrübələr üçün Amerikaya getməyi planlaşdırıb. Çətin şərtlər altında aldığı üç aylıq Amerika vizasından sonra Nyu-Yorkun ən məşhur dörd restoranında pul almadan işləmiş və hazırladığı menyu “New-York Times” qəzetində nəşr olunub.
Türkiyəyə yenidən qayıdanda bu dəfə işsiz olan Nüsrət, öz iş yerini açmaq üçün səylərinə başlayıb. Ona köhnə bir dostu olan Mithat Erdemi investor olaraq seçən gənc sahibkar, dostu ilə birlikdə ilk restoranın əsasını qoyub. Ondan aldığı pulu 5-6 ay içərisində geri ödəyən Nüsrət, borcunu ödədikdən sonra yoluna bir müddət tək davam edir.
2009-ci ilə qədər davam etdiyi işi 2012-ci ildən “Doğuş Qrupu” ilə birgə olub. Əvvəl 1800 TL maaşla işlədiyini, hazırda isə 400 işçini işlə təmin etdiyini bildirən Nüsrət, apardığı ətləri yemək üçün xaricdən xüsusi müştərilərinin gəldiyini və buna görə böyük bir qürur duyduğunu ifadə edir.

“Nusr-et”in yaradılması…

Bu işi özü başa gətirmək istədiyi halda mağazasını açacaq qədər pulu yox idi və köhnə dostu olan Mithat Erdem ilə birlikdə ümumi bir dükan açıb ilk addımı atıb. İstəniləndən də sürətli işini genişləndirən Nüsrət çox qısa bir müddətdə iş üçün yatırdığı pulu çıxardığını deyib.
Mağaza şəbəkələri quran Nüsrət yalnız Türkiyədə deyil, dünyanın müxtəlif yerlərində qəssab və restoran dükanı işi aparır. Nüsrət Gökçe üçün bir dönüş nöqtəsi 2007-ci ildə İstinye Parkda qəssab və restoran biznesində çalışdığı illərdir.
Nüsrət qəssab işində özünü inkişaf etdirmək üçün Amerika, Yaponiya kimi bir çox xarici ölkəyə gedərək bu peşənin oralarda necə olduğunu özü müşahidə edib. Bir çox xarici ölkələrdə olan Nüsrət bu işi qarşısına məqsəd qoyub, xarici dil bilmədiyi halda bu işin praktikasını öyrənib.
Son maaşını və 9 min TL krediti götürüb getdiyi Argentinada 3 ay qalaraq qəssabları, restoranları və fermaları gəzərək onların işləri ilə tanış olub. Türkiyəyə qayıdanda isə maaşlı işinə davam edib.
Qazandığı iş təcrübələrini Türkiyədə həyata keçirməyin planını quran Nüsrət nələr edəcəyini dəqiqləşdirib. O zamanlar çalışdığı restoran da təcrübələrini bölüşüb.
Nüsrət bununla kifayətlənməyib, 2010-ci ildə Amerikaya gedir. Amerikanın ən məşhur dörd restoranında pul almadan işlədiyini də deyir. Yenidən Türkiyəyə geri qayıdanda maaşlı işindən də çıxarılır, lakin məqsədi onsuz da öz dükanını yaratmaqdır.

Peşə həyatım necə başladı?!

Nüsrətin həyat hekayəsini elə öz dilindən təqdim edirik:
-Bostançı qəssablar bazarında, qəssab çırağı olaraq başladım. Eyni anda 10 ustayla bir dəqiqə boş dayanmadan işlədim. Heç illik məzuniyyət belə götürmədim. Nə işi demədən gündə 18 saat aktiv çalışdım.
-Daha çox bu sahəni öyrənməyə səni nə həvəsləndirdi?
-2007-ci ildə İstinye parkda qəssab-restoran xidmətinə başladım. Bu proses məni həyəcanlandırdı. 2008-2009-cu illərdə “görəsən, bu iş dünyada necədir?” -deyə düşündüm. Argentina, Amerika və Yaponiya – ən yaxşısı oralara getməliydim.
-Xarici dil bilmirsən, məlumatın yoxdur, necə cəsarət etdin?
-Fransız bir müştərim vasitəçi olub, son maaşım və bankdan çəkdiyim 7 min TL kreditlə 2009-cu ildə Argentinaya getdim. Üç ay ərzində fermalarda, qəssablarda, restoranlarda gəzmişəm.
-Türkiyəyə qayıdanda nə etdin?
-Maaşlı işimə davam etdim. Çalışdığım qurumda bütün öyrəndiyimi göstərməyə başladım. İnsanlar “Lokum”u, “Qoz”u, “Qəfəs”i ilk mənim əl qabiliyyətimlə daddı. Getdim, gəldim, elə bil ətin kimyası dəyişdi.
2010-cu ildə hədəfim Amerika idi. Viza almaq üçün müraciət etdim, amma hesabımda pul, üstümə qeydiyyatlı evim, mülküm də yox idi, evli də deyiləm. Viza müraciətimə 4 dəfə rədd cavabı almışam. Argentinadan sonra bir neçə dəfə qəzet və jurnalda haqqımda yazılar çap olunmuşdu. Səlahiyyətli şəxslərə onları oxutdum, 3 aylıq viza verildi. ABŞ-da hazırladığım menyu “New-York Times”da dərc olunub. Nyu-Yorkun ən aparıcı dörd restoranında pul almadan, qaçaq çalışdım.

“Sənə pul sayma maşını alacağam”

– Türkiyəyə qayıdanda səni gözləyən bir işin yox idi…
-Onsuz da niyyətim öz restoranımı açmaq idi. Çox təklif gəldi. Mithat Erdem köhnə dostumdur. Mən əməyimi qoydum, o pulunu. Ad nə olacaq – dedi, bir kağıza Nüsrət yazdım, “-ət” hissəsini ayırdım. “Pulu ver, qısa müddət sonra sənə bir pul sayma maşını alacam, pul sayacaqsan” – dedim. 5-6 ay sonra bütün investisiya ödənilmişdi. Payıma düşəni yerinə yetirdim.
-Necə bir hissdir uğura nail olmaq?
-İlk restoranımda hər axşam qapının qarşısına keçib, adımın yazıldığı lövhəni seyr edərdim. Dua, şükür edərdim. Hələ də şükür edirəm.
– Sonra “Doğuş Qrupu” ilə tərəfdaşlıq etdin və Çempionlar Liqasına girdin. Necə baş verdi?
-2009-cu ildə indi D.Ream şirkətinin icraçı direktoru olan Levənt Vəziroğlu “Nüsrət, çox yaxşı şeylər olacaq” demişdi. Keçən il də “Doğuş Qrupu” ilə birlikdə anlaşmaya imza atdıq.
Videoları və hərəkətləri ilə social şəbəkələrin məşhuru Nüsrət budur.

PressClub.Az

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin