“Əli İnsanov və İlqar Məmmədov azadlığa buraxılacaqlar”

0
313
Загрузка...

“Əli İnsanov da, İlqar Məmmədov da həbsdən buraxılacaq”.

Загрузка...

Bunu “Yeni Müsavat”a açıqlamasında İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu deyib.

O bildirib: “Biz istəyirik ki, 2019-cu ilə siyasi məhbuslarsız gedək. Buna çox ümid edirik. Əli İnsanovun da əfvə düşmə şansları var”.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev isə bildirib ki, kimin əfvə düşüb-düşməməsi ölkə başçısından asılıdır: “Burada müxtəlif QHT-lər, hüquq müdafiəçiləri, eyni zamanda ayrı-ayrı şəxslər məhkumlarla bağlı müraciət edə bilərlər. Amma əfvlə bağlı qərar qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik”.

PressClub.Az

Digər maraqlı xəbərlər üçün Facebook səhifəmizi bəyənin!

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin