Sumqayıtda kişi arvadının üstünə benzin töküb yandırmaq istədi

0
127
Загрузка...

Martın 12-də DİN-in “102 Zəng Mərkəz” Xidmətinə Sumqayıt şəhəri 3-cü məhəllənin ərazisində bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.

Загрузка...

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gəliblər. Polis əməkdaşlarını görən həmin şəxs onlara müqavimət göstərib və benzinlə özünü də yandırmağa cəhd göstərib.

Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.

Saxlanılaraq ŞPİ-yə gətirilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Köçəri Məhərrəmov olduğu, şəhər sakini M.Şirinovanı xuliqanlıq zəminində döyərək benzinlə yandırmaq istəməsi müəyyən edilib.

Faktla bağlı toplanmış materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.

PressClub.Az

Digər maraqlı xəbərlər üçün Facebook səhifəmizi bəyənin!

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin