“Neftin bahalaşması müvəqqətidir”

0
91
Загрузка...

“Neftin qiymətinin bahalaşması son günlər dünyada formalaşan müharibə qorxusu ilə əlaqədardır”.

Загрузка...

Bunu “Sherg.az”a iqtisadçı ekspert Nazim Bəydəmirli deyib. O diqqətə çatdırıb ki, Suriya problemi ətrafında yaranan qarşıdurmalar müharibə təhlükəsini artırır:

“Yaranmış vəziyyətdən istifadə edən treyderlər bu üsulla bazarı qızışdırır. Ona görə, neftin qiymətinin artması müvəqqəti xarakter daşıyır. Əslində enerji resursları ilə məşğul olan şirkətlər, Dünya Enerji Agentliyi hazırkı qiymətlərin yüksək olduğu qənaətindədir. Hesab edirəm ki, Suriya problemi ətrafında sabitlik yarandıqda neftin bazar qiymətləri də yerinə oturacaq”.

Qeyd edək ki, Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb. “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,9 dollar və ya 2,62% artaraq 74,48 dollar təşkil edib.

PressClub.Az

Digər maraqlı xəbərlər üçün Facebook səhifəmizi bəyənin!

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin