“Bu seçkilər cəmiyyətin zəifliyinin nümayişi idi”

0
127
Загрузка...

BBC Azərbaycanca 11 aprel prezident seçkisinin nəticələrini və ölkədəki ictimai-siyasi vəziyyəti politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib. Zərdüşt Əlizadə canlı yayımda izləyicilərin 11 aprel səsverməsi, yaxın 7 ildə ölkədəki vəziyyət, iqtisadiyyat, dövlət-cəmiyyət münasibətləri barədə suallara cavab verib. Ondan bəzi sitatları burada oxuyun:

Загрузка...

“1993-cü ildən bəri bir meyil var. Cəmiyyət zəifləyir, dövlət güclənir. Bu seçki cəmiyyətin ən zəif eniş nöqtəsinə münasibdir, dövlətin isə ən güclü. Bu seçki dövlətin cəmiyyət üzərində qələbəsinin parlaq nişanəsi, cəmiyyətin isə zəifliyinin nümayişi idi. O adamlar ki azadlıqdadır, onların fikirlərini cəmiyyətə çatdırmaq imkanları çox məhduddur, televiziya 100 faiz hökümətin əlindədir, çap mətbuatı 100 faiz hökumətin əlindədir. Hətta vitrual aləmdə hökumətin mövqeyi güclüdür. 3-4 sayt var ki hokümət onlara nəzarət etmir, onları da məhdudlaşdırıb. Media aləmini inhisara alanda 3-4 nəfərin məhdud aləmdə danışmasının heç bir problemi yoxdur. Əksinə, bu xeyrədir. Göstərirlər ki, baxın, görürsünüz, Zərdüşt Əlizadə danışır. Amma bir az fikirlər cızığı keçəndə, fikrini geniş çatdıranda, əlbəttə ki, cəza tədbirləri həyata kecirilir”.

PressClub.Az

Digər maraqlı xəbərlər üçün Facebook səhifəmizi bəyənin!

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin