“Həkimlərin, müəllimlərin maaşına yenidən baxılsın”

0
682
Загрузка...

“2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Hazırda isə neftin qiyməti 75 dollardan yuxarıdır. Ona görə də may ayında dövlət büdcəsinə yenidən baxılmalıdır”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Загрузка...

Deputat bildirib ki, ölkə başçısının göstərişi əsasında Strateji Yol Xəritəsindən irəli gələn məsələlərlə bağlı Azərbaycanda çox ciddi işlər görülür. “Ona görə də investisiya qoyulan sahələr nəzərdən keçirilməlidir. Hesab edirəm ki, dövlət büdcəsində həkimlərin, müəllimlərin əmək haqlarına yenidən baxılsın. Həmçinin Azərbaycanda prioritet sahələr olan kənd təsərrüfatı, turizm sahələrinə əlavə vəsait ayrılmalıdır ki, investisiya layihələri həyata keçirilsin. Bizim qonşu dövlətlərlə birgə layihələrimiz var ki,onlara da vəsait ayrılmalıdır ki, problem olmasın.

Sənaye sahəsini də inkişaf etdirmək üçün əlavə maliyyəyə ehtiyac var”.
Qeyd edək ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000 min manat, xərcləri 21 047 000 min manat məbləğində təsdiqlənib.

PressClub.Az

Digər maraqlı xəbərlər üçün Facebook səhifəmizi bəyənin!

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin