Keçmiş nazirdən Məmmədyarova sərt sözlər: “İşləyə bilmirsə, özünü rüsvay etməsin. GETSİN!”

0
385
Загрузка...

“Elə bir təəssürat yaranır ki, sanki Elmar Məmmədyarov Azərbaycanı deyil, hansısa başqa ölkəni təmsil edir”.

Загрузка...

Criminal.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Togiq Zülfüqarov bildirib.

“Həmsədrlərə yaranmış vəziyyətə, Azərbaycanın işğal altındakı torpaqlarına qeri-qanuni səfərlərə, Ermənistan dövlətinin yeni rəhbəri Paşinyanın torpaqların anneksiyası ilə bağlı provokativ açıqlamalarına adekvat bəyanat verməkdənsə, biz mənasız və bezdirici mətnlər görürük”, – deyə Zülfüqarov əlavə edib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının suverenliyini qorumaq ilə bağlı konstitusion öhdəliklərini nəzərə alaraq, həmsədrlərə bəyan etmək lazım idi ki, Azərbaycan işğal altındakı torpaqlarda preventiv tədbirlər həyata keçirərək xarici dövlətə məxsus istənilən hava gəmisini vuracaq. Yəni XİN-də ictimai rəy haqqında tamam xəbərsizdirlər və bilmirlər ki, münaqişə zonasındakı vəziyyət necə dəyişir? Kim normal işləyə bilmirsə getməlidir. Özünü və Azərbaycan diplomatiyasını rüsvay etməməməlidir.
Xatırladaq ki, xarici işlər naziri Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı bildirib ki, Azərbaycan Ermənistanın yeni hökuməti ilə danışıqlara hazırdır.
Onu da xatırladaq ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan seçildikdən dərhal sonra Dağlıq Qarabağa səfər edib və Azərbaycanı tarixin gördüyü ən qorxaq dövlət adlandırıb.

PressClub.Az

Digər maraqlı xəbərlər üçün Facebook səhifəmizi bəyənin!

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin