İnam Kərimovun əmri və vəzifəli şəxsin müəmmalı intiharı – Mərhumun gizlədilən son məktubunda nələr yazılıb? – FOTO

0
674
Загрузка...

”Qardaşım Rasim Məmmədovu korrupsiyalaşmış mütəşəkkil cinayətkar dəstə tərəfindən özünü öldürmə həddinə çatdırıb”

Загрузка...

Bu sözlər bir neçə gün əvvəl Şəkidə müəmmalı şəkildə intihar etmiş Baş Göynük kənd icra nümayəndəliyinin əməkdaşı Rasim Hümmətovun qardaşının Criminal.az saytına yazdığı şikayət məktubunda qeyd olunub.

”Rasimin cibindən çıxan son məktubu da özlərilə aparıblar”

Mərhumun qardaşı Ramis Hümbətov yazır ki, Rasim intihar etməmişdən əvvəl məktub yazıb, lakin həmin qeydlər gizlədilir: ”Şəki rayonun Baş Göynük kəndində 13 may səhər saat 7-də kiçik qardaşım, 1974-cü il təvəllüdlü Rasim Hümmətov yaşadığı evin həyətindəki tövlənin çardağında özünü trosla asıb. Qardaşımın belə addım atmasını əvvəlcə başa düşə bilmədim. Bakıdan rayona çatanadək Şəkidən gəlmiş polislər hadisə yerinə baxış keçirib və Rasimin cibindən çıxan son məktubu da özlərilə aparmışdılar. Sonradan ailə-uşağı çox yalvarsa da polislər hələlik məktubu ailəsinə təhvil vermək fikrində deyillər”.

”Rasimi məclisdə ciddi təhdid edib konkret mənimsənilən pula görə onu “yükləyiblər””

R.Hümbətov qeyd edib ki, özün məsələnin niyə və hansı səbəbdən baş vermə ehtimallarını araşdırıb: ”Qardaşım Rasim son gününədək Baş Göynük kənd Bələdiyyəsində əmək müqaviləsi əsasında torpaq bölgülərinin aparılması işlərini, Şəki İcra Hakimiyyətinın Baş Göynük kənd nüməyəndəliyində isə rəhmətə getmiş Sərvər Aslanovun yerinə torpaq işlərilə bağlı sənədləşmə işlərini aparırdı. Ölümündən bir neçə gün əvvəl ona kənd icra nümayəndəliyində bildiriblər ki, Rasim sən yerinə icra nümayəndəsinin qohumu olan Yusif adlı şəxsə görüdüyün işləri öyrətməlisən. Saxladığın bütün sənədləşmə işləri olan kompüteri də, fleşkalarını da, ona təhvil verməlisən.

Bundan sonra 12 mayda kənd icra nümayəndəsi Rza müəllimin ad günü mərasimində iştirak edib. Rasimə İbad adlı şəxs tərəfindən telefonla ciddi hədə-qorxu gəlinib ki, gördüyü bütün işlərlə bağlı məsuliyyət sənin üzərindədir. Bütün dəymiş ziyana görə Rasim cavabdehdir. Həmin məclisdə Rasim bir tikə belə çörək yeyə bilməyib, avtomobilini yüksək sürətlə idarə edərək evinə gəlib. Evdəkilər də onun sifətinin boğulmasını görüb narahat olublar. Deyilənə görə Rasimi məclisdə ciddi təhdid edib konkret mənimsənilən pula görə onu “yükləyiblər”.

Rasim ailəsinə də son dəfə bildirib ki, onu işdən çıxarıblar. Ona görə keyfi yoxdur. O evdə kağıza qeydlər edibldir və bunu ailəsi də görüb. Hesablayıb ki, evini-eşiyini də satsa onu darda qoyan iş yoldaşları cinayət məsuliyyətini onunla bölüşmək istəmir, o da əlacsız qalıb canına qıyıb. Rasimin bir xəstə oğlu və 8-ci sinif şagirdi olan sevimli qızı yetim
qalıb”.

”Görəsən, kənd icra nümayəndəsi Rza müəllim Rasimin otağında nəyi itirmişdi?”

”Gərək rəhmətlik qardaşım onu son anda tək qoyaraq ölümə təhrik edən vicdansız yoldaşlarının vədlərinə inanıb şirniklənməyəydi. Hərdən rayona ata evinə gedib onunla görüşəndə hiss edirdim ki, o babat dolanır. Mal-qarası, qoyunları vardı. Avtomobil almışdı. Yəni, bu gün fikirləşirəm ki, onun əlilə torpaq işlərində qazanılan milyonların əvəzinə ona verilmiş qəpik-quruşla o özünə babat şərait yaradıb”-deyə R.Hümbətov qeyd edir.
İnam Kərimovun göstərişi və böyük mənimsəmə cinayəti…

R.Hümbətov qardaşının özünə qəsd etməsinin əsas səbəbini də göstərib: ”Hadisə baş verən gün səhər Şəkidən polislər araşdırmaya gəldiyi zaman kənd icra nümayəndəsi Rza Calalov da özünü Rasimin evinə salaraq orda axtarış aparmaq istəyib, polislər dərhal ona otağı tərk etməyi əmr edib. Görəsən kənd icra nümayəndəsi Rza müəllim Rasimin otağında nəyi itirmişdi? Elə həmin vaxtlar səhər Baş Göynük kənd Bələdiyyəsindən iki minik avtomobilini sənədlərlə doldurub təcili olaraq naməlum istiqamətdə aparıblar. Kənd bələdiyyəsinə məxsus 270 kvadratmetr otaq sahəsi kənar müdaxilə nəticəsində yanıb, bir çox sənədlər məhv olub.

Mən qardaşımın ölümünün əsas səbəbi kimi son illərdə kənd sakinlərinə və fermerlərə taxıl əkini üçün dövlət tərəfindən hər hektar üçün ayrılan 50 manat yardım subsidiyaların yeni kənd təsərrüfatı naziri tərəfindən yenidən yoxlanılması barədə göstərişi əsas olub. Hansı ki, bu torpaq işlərinin də texniki tərəfinin hamısını Rasim sənədləşdirib. Deməli, rəhbərliyin göstərişləri nəticəsində kimlərinsə üzərinə torpaq sahəsi olmadığı və əkilmədiyi halda çox miqdarda hektar torpaq formal yazılaraq dövlət pullarının mənimsənilməsi illər üzünü baş verib. Bu bir fakt. Digərlərini də yəqin ki, polis araşdırması ortalığa çıxardacaq. Mən yuxarıda qeyd etdiyim məlumatları Rasimə yaxın olan şəxslərdən almışam və ciddi araşdırmaya zərurəti vardır”.

”Məktubun əvvəlində böyük qardaşı Zinyətə yazmışdı ki, “məni yoldan çıxartdılar, evimi yıxdılar…””

”Şəki RPİ-nin əməkdaşlarının Rasimin son məktubunun ailəsinə qaytarmamasından çox narazıyam və tələb edirəm ki, bu məktubun orjinalı dəyişdirilmədən dərhal ailəsinə qaytarılsın! Məktubu əvvəlində böyük qardaşı Zinyətə yazmışdı ki, “məni yoldan çıxartdılar, evimi yıxdılar… Sonrasını polis oxumağa imkan verməyib. Evdən kadastr sənədlərini, cib telefonunu, və pulunu, mənim aldığım kompüteri də polislər aparıblar. Ölkə başçısından, Baş Prokurordan xahiş edirəm ki, qardaşım Rasimi əvvəlcə bacarıqlı işçi kimi bələdiyyə və icra nümayəndəliyində qanunsuz işə götürərərək onu şirnikləndirərək məhz torpaq işlərilə bağlı ağır cinayətlər törətməyə məcbur etmiş, sonda ona hədə-qorxu gələrək bütün məsuliyyəti üzərinə götürməyə vadar edərək onu ölümə təhrik etmiş korrupsiyalaşmış cinayətkar dəstənin son illərdəki fəaliyyətinin ciddi araşdırlmasına göstəriş versin. Xahiş edirəm məni bu məsləilə bağlı prezidentin köməkçisi Fuad Ələsgərov və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev qəbul etsin”, – deyə mərhumun qardaşı vurğulayıb.

PressClub.Az

Digər maraqlı xəbərlər üçün Facebook səhifəmizi bəyənin!

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin