Qazaxıstanda niqab qadağan olundu

0
348
Загрузка...

Qazaxıstan parlamentinin aşağı palatası insan simasının görünməsinə əngəl törədən geyimlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi qəbul edib.

Загрузка...

“Ferqana” agentliyi xəbər verir ki, belə geyimdə ölkədə gəzmək qadağan olunacaq.

Qadağa niqab daşıyanlara da şamil olunacaq.

Geyimlərlə bağlı qadağalar respublikada dini fəaliyyəti nizamlayan qanunlarda dəyişikliklərin bir hissəsidir.

Bu dəyişikliklər ölkə prezidenti Nursultan Nazarbayevin dini paltar, qısa saqqal və qısa şalvar geyinənləri açıq şəkildə tənqid etməsindən sonra başlayıb.

Xatırladaq ki, N.Nazarbayev bir müddət əvvəl demişdi: “Bu, bizim xalqımızın ənənəsinə uyğun deyil. Bunun qanun səviyyəsində qadağan olunması vacibdir”.

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin