”Kontr-admirala qarşı açılan saxta cinayət işi ağır dövləti cinayətdir” – Ərəstun Oruclu sifarişçini göstərdi

0
708
Загрузка...

Hazırda Amerikada yaşayan tanınmış politoloq Ərəstun Oruclu sensasion, yaxın tariximizin mübhəmlərinə işıq salan məsələyə toxunub.

Загрузка...

Sabiq MTN-çi iddia edir ki, Hərbi Dəniz Qüvvələri komandanı, ölkənin yeganə kontr-admiralı Şahin Sultanova qarşı qaldırılan cinayət işi sifarişli idi və bunu hərbi prokuror Xanlar Vəliyev icra edib.

Ə.Oruclunun bloqundan sitat: ”2013-2014 illərdə Hərbi Dəniz Qüvvələri komandanı, ölkənin yeganə kontr-admiralı Şahin Sultanova qarşı qaldırılan və nətcədə admiralın həbsinə səbəb olan saxta cinayət işi sözün həqiqi mənasında dövlətə xəyanət idi”.

Ərəsun Oruclu

“Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri bloqunda yazır ki, kontr-admiralın həbsində hədəf heç də kontr-admiralın personası deyildi: ”Həmin saxta cinayət işinin məqsədi Xəzərin Azərbaycan sektorunda Hərbi-Dəniz Qüvvələri tərəfindən ölkənin Xəzərdəki suverenliyini təmin etməli olan sualtı radar sisteminin quraşdırılmasının qarşısını almaq idi. Gördüyümüz kimi, hərbi prokurorluq həmin əməliyyatı da uğurla başa çatdırdı və nəticədə bu gün Azərbaycan faktiki olaraq Xəzərin ölkəyə məxsus sektorunda suverenliyini tam itirmək üzrədir”.

Məhşur MTN-çi bloqunda daha sonra yazır: ”Hələ 2013-cü ilin sonunda hərbi prokurorluq və onun rəhbəri tərəfindən başladılan və Şahin Sultanova qarşı açılan saxta cinayət işi mahiyyət etibarilə ağır dövləti cinayətdir və Rusiya tərəfindən sifariş olunub. Dövlət və hakimiyyət orqanları üçün maraqlıdırsa, həmin sənədin surətinin vaxtilə bizə ölkənin hərbi əks-kəşfiyyatındakı şəxslərdən biri tərəfindən ötürüldüyünü qeyd edə bilərəm”.

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin