Azərbaycanlını alçaldıb videoya çəkdilər – Mer saxlanıldı – VİDEO

0
767
Загрузка...

Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov saxlanılıb.

Загрузка...

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan prokurorluğu məlumat yayıb. Temur Abazov Gürcüstan hökumətini tənqid edən şəxsi alçaltmaqda şübhəli bilindiyi üçün prokurorluğa çağırılıb.

Belə ki, Tiflisdə etiraz aksiyaları zamanı milyarder Bidzina İvanişvili və Marneuli merinin ünvanına senzurasız ifadələr işlədən azərbaycanlının görüntüləri yayılmışdı. Ardınca internetdə yayılan növbəti videoda həmin azərbaycanlının təhqir edilərək alçaldıldığı əks olunub. Həmin şəxs kamera qarşısında üzr istəyib və kiminsə əmri ilə öz sidiyi ilə əl-üzünü yuyub.

Mer internetdə yayılan video görüntülərdən sonra saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

PressClub.Az

Digər maraqlı xəbərlər üçün Facebook səhifəmizi bəyənin!

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin