Azərbaycanlı deputat və mer həbs edilə bilərlər – Alçaldıcı videoya görə

0
400
Загрузка...

Gürcüstan prokurorluğu “Vahid Milli hərəkat” partiyasından deputat olan Azər Süleymanovu da Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı davranışda ittiham edib.

Загрузка...

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, prokurorluğun məlumatında bildirilir ki, parlamentin deputatı Azər Süleymanov Elçin Allahverdiyevdən kimin tapşırığı ilə sosial şəbəkədə canlı yayıma qoşularaq məlum çıxışı etdiyini açıqlamağı tələb edib.

Sonra isə azərbaycanlı Ramin Allahverdiyev (Marneuli rayon şurasının hakim partiyadan olan deputatı) və E.Q adlı vətəndaş Elçin Allahverdiyevi fiziki təhqir ediblər. Prokurorluğun məlumatına görə, bütün bunlar “Vahid Milli hərəkat”ın ofisində baş verib. Daha sonra E.Allahverdiyevi restoranlardan birinin ərazisinə aparıblar. Orada onları Marneuli meri Temur Abazov gözləyib. Abazov Allahverdiyevin üzünə tüpürüb və onu vurub.

Daha sonra internetdə canlı yayıma qoşularaq əvvəlki çıxışına görə üzr istəməyi və öz arvadını təhqir etməyi tələb edib. Sonda isə E.Allahverdiyevi kamera qarşısında öz sidiyi ilə yuyunmağa məcbur ediblər. Günahı sübut olunacağı təqdirdə Azər Süleymanovu 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Artıq Baş Prokurorluq A. Süleymanova qarşı ittiham irəli sürülməsi ilə bağlı qərar qəbul edib.

APA bildirir ki, Gürcüstan Baş Prokurorluğunun Kvemo Kartli deyib ki, Marneuli rayonunun rəhbəri Temur Abazovu 5 ildən 10 ilədək həbs gözləyir.

Həmin faktla bağlı deputat Azər Süleymanov, Marneuli sakrebulosunun üzvü Ramin Allahverdiyev və T.Abazovun qohumu E.Q. adlı şəxsin adı istintaq materiallarında keçir. Günahlarının sübut olunacağı təqdirdə, onları 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Artıq Baş Prokurorluq A.Süleymanova qarşı ittiham irəli sürülməsi ilə bağlı qərar qəbul edib.

 

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin