Azərbaycanlı mer və deputat bu VİDEOya görə saxlanıldılar

0
777
Загрузка...
Загрузка...

Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumata görə, Marneuli şəhərinin meri Temur Abazov bir şəxsə qarşı qrup halında alçaldıcı və ya qeyri-insani münasibəti törətməkdə günahlandırılaraq barəsində cinayət işinə başlanıb.

Onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir. BAKU.WS xəbər verir ki, Tiflisdə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs Feysbuk üzərindən canlı yayım edərək T.Abazov və “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib.

Ehtimal edilir ki, E.Allahverdiyev Marneuliyə geri döndükdən sonra merin adamları ona qarşı qeyri-insani və alçaldığı hərəkətlər edərək videoya çəkiblər. Belə ki, onu öz sidiyi ilə üzünü yumağa və öz arvadını söyməyə məcbur ediblər və bütün bunları videoya çəkiblər.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb. Bundan sonra Temur Abazov saxlanılıb. Temur Abazovun saxlanılmasına səbəb olan videonu təqdim edirik.

PressClub.Az

Digər maraqlı xəbərlər üçün Facebook səhifəmizi bəyənin!

 

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin