Adnan Oktarın mülkləri müsadirə olundu – Evindən silahlar çıxdı

0
230
Загрузка...

Bu gün səhər saatlarında həbs olunan Adnan Oktarın mülkləri müsadirə olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Загрузка...

Bildirilib ki, Maliyyə Cinayətləri ilə Mübarizə Komitəsi tərəfindən Türkiyənin 4 əyalətində əməliyyat aparılıb və Adnan Oktarın şirkətləri, obyetkləri nəzarətə götürülüb.

Bunan əlavə, Oktarın iş yerində axtarışlar zamanı bəzi sənədlər də müsadirə edilib, evindən silahlar tapılıb.

Xatırladaq ki, A. Oktarla yanaşı onun 235 tərəfdarı həbs olunub.

O, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin