Sürücü yatdı, avtobus “Kamaz”la toqquşdu: ölən və yaralananlar var – FOTO

0
165
Загрузка...

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Загрузка...

Oxu.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı “90-OJ-802” dövlət nömrə nişanlı “Kamaz” 149 saylı sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.

Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.

Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən avtobus qəzası ilə rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb: “İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.”

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin