Elçibəyin sadiq silahdaşı: “Türkiyənin “Cümhuriyet” qəzeti naqislik edib”

0
297
Загрузка...

Türkiyənin “Cumhuriyet” adlı bir qəzetində Nazan Özcan imzası ilə “Direnişin dansı: “21. yüzyılın ‘kansız devrim’i” başlıqlı yazı dərc olunub.

Загрузка...

Yazıda “Erməni tərəfi həmişə ön şərtsiz diplomatik əlaqələrə başlamaq və sərhədləri açmaq istəyirdi. Amma Türkiyə buna həmişə “sən soyqırım istəyirsən” deyib və ön şərtlər irəli sürüb. Türkiyə və Ermənistan münasibətlərinin yenidən bərpa olunması üçün Türkiyə mövqeyini dəyişdirməlidir” deyilir.

Bununla bağlı AzNews.az saytına danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Yaşar Kələntərli bildirib ki, həmin qəzetin əməkdaşının Ermənistana gedib reportaj hazırlaması ilk növbədə Türkiyənin maraqlarına informasiya zərbəsi vurur: “Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları var. Bu iddialar parlament qərarları ilə rəsmiləşib. İndi Ermənistanı “məzlum” görkəmdə təqdim etməklə “Cümhuriyyət” qəzeti anti-türkiyə qüvvələrinin sifarişini yerinə yetirir.

Partiya funksioneri hesab edir ki, həm Türkiyə vətəndaşlarının mütləq əksəriyyəti, həm də hakim partiya olan AKP-nin rəhbərləri, xüsusən də Rəcəb Tayyib Ərdoğan bu məsələdə dəyişməz mövqeyə malikdir: “Ermənistan qondarma soyqırım iddialarından əl çəkməyəncə və ordusunu Dağlıq Qarabağdan çıxartmayanca Türkiyənin qapıları Ermənistanın üzünə bağlı olacaq”.

Y. Kələntərli qəzetin Ermənistanı az qala “demokratik ölkə” kimi təqdim etdiyini vurğulayıb:

Qəzetinin kimlərlə əlaqəsi olduğunu deyə bilmərəm. Xatırlayıram ki, həmin qəzetin rəhbərləri FETÖ ilə bağlarının olması üzündən istintaqa cəlb edilmişdi. Bütün hallarda bu cür məkrli yazılarla cəmiyyətlərimizdə çaşqınlıq yaratmaq istədikləri məlumdur. Həmin qüvvələr Azərbaycan və Türkiyə münasibətlərinin çox yüksək səviyyədə olmasından narahatdır. Odur ki, FETÖ, PKK və Türkiyənin inkişafında marağı olmayan qüvvələrin hamısı öz fəaliyyətlərini Ermənistanla əlaqələndirirlər. Həmin yazı da Ermənistanın maraqlarına xidmət edir, Türkiyənin yox. Türkiyə vətəndaşı olub Ermənistana xidmət etmək isə, yumşaq desək, naqislikdir”.

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin