Bakı aeroportunda sərhəddən keçməklə bağlı problem yaranıb – FOTO

0
584
Загрузка...

Təxminən, 40 dəqiqədir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Azərbaycana daxil olmaq istəyən yerli və xarici vətəndaşlar problemlə üzləşiblər.

Загрузка...

Sərnişlərin “Report”a verdiyi məlumata görə, insanlar sərhəd-buraxılış məntəqəsindən keçə bilmirlər.

Buna səbəb aeroportda vətəndaşların qeydiyyatı üçün istifadə olunan proqram təminatının donmasıdır.

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin mətbuata mərkəzindən “Report”a bildirilib ki, hava limanının rabitə qovşağında aparılan profilaktik işlərlə əlaqədar vətəndaşların qeydiyyatı sisteminin fəaliyyətində 20 dəqiqəlik fasilə yaranıb. Artıq sistemin fəaliyyəti bərpa olunub.

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin