Bakıda evinin sökülməsinə etiraz edən vətəndaş özünü yandırdı – Video

0
1904
Загрузка...

Evinin sökülməsinə etiraz edərək özünə qəsd edən Şahmərdanov Musayıl İsmayıl oğlunun vəziyyəti ağırdır.

Загрузка...

Bizimyol.info xəbər verir ki, o, ağır yanıq xəsarəti alaraq Plastik və Rekonstruktiv Cərahiyyə Klinikasının Yanıq Bölməsinə yerləşdirilib.

Musayıl Şahmərdanov deyib ki, 2005-ci ildən Sabunçu rayonunun Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi 14 ünvanında yaşayır. Həmin ünvanda 3 otaqlı ev tikərək ora köçüb. Bu günlərdə isə evin damını dəyişdirməyə başlayıb.
SOCAR-ın əməkdaşları evə gələrək Şahmərdanovdan tikinti-quraşdırma işlərini dayandırmağı və evin damından asılan Azərbaycanın dövlət bayrağını endirməyi tələb edib. Bu tələbdən sonra Musayıl Şahmərdanov özünü yandırıb.

Məsələ ilə bağlı SOCAR -a 18 iyul 2018-ci ildə informasiya sorğusu göndərilib.

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin