Anar Əliyev kimdir?

0
89

Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib.

2002-ci ildə magistratura pilləsini uğurla tamamlayaraq magistr dərəcəsi alıb. Elmi fəaliyyətinə davam edən nazir 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Karyerası

Peşəkar fəaliyyətinə 2000-ci ildə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi kimi başlayan nazir Anar Əliyev 2006-cı ilə qədər bu vəzifədə çalışıb. Daha sonra, 2006-2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi kimi fəaliyyət göstərib.

2008-2018-ci illər arasında isə həmin şöbənin müdiri vəzifəsində çalışaraq dövlətin hüquqi və iqtisadi siyasətinin formalaşmasında aktiv iştirak edib.

Dövlət başçısının 19 iyun 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Eyni zamanda 2016-cı il 3 fevral tarixli fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının üzvü təyin olunub və bu vəzifəni 2018-ci ilə qədər icra edib.

Anar Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri oldu

2018-ci il oktyabrın 30-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Daha sonra həmin il nazir müavini təyin olunaraq bu vəzifədə 2025-ci ilə qədər fəaliyyət göstərib.

2025-ci il 7 fevral tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunub.

Şəxsi həyat: Evlidir, iki övladı var.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here