Bakıda məktəbli qız küçədə qan içərisində fəryad edir – VİDEO (+18)

0
8531
Загрузка...

Bakıda dərsə gedən məktəbli qızı xanım sürücü vurub.

Загрузка...

Criminal.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, dəhşətli hadisə bu gün saat 13 radələrində Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsində baş verib.

Məktəbli qız oxuduğu 72 saylı məktəbə gedərkən avtomobil zərbəsinə tuş gəlib. İlkin məlumata görə, xanım sürücünün idarə etdiyi ”Hyundai” markalı 99 MZ 302 dövlət nömrəli avtomobil dar məhəllə küçəsində yüksək sürətlə şagirdi vuraraq hasara çırpıb.

Məktəbli ağır xəsarət alıb. Onun sağ ayağının böyük hissəsi bud nahiyəsindən kəsilib.
Təcili yardım gec gəldiyindən, yaralının qan itirməsinin qarşısını almaq üçün yardım ediblər. Daha sonra təcili yardım maşını gəlib və yaralını xəstəxanaya aparıb.
Təcili yardım maşınının sürücüsü gec gəlməsinə səbəb məhəllələrdə şəxsi villalar tərəfindən yolların kəsilməsi, şlaqbaumla bağlanmasını göstərib.

3 saylı Şəhər Xəstəxanasından Criminal.az saytına bildirildi ki, yaralı şagird 13 yaşlı Ləman Fəxrəddin qızı Mirzəyevadır. Yaralının vəziyyətinin ağır olmadığı deyildi.

PressClub.Az

Digər maraqlı xəbərlər üçün Facebook səhifəmizi bəyənin!

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin