Tanınmış jurnalist 10 saatdır ki, prokuroruqda dindirilir – Elmar Vəliyevə sui-qəsd xəbərləri ilə bağlı

0
833
Загрузка...

Criminal.az saytının baş redaktoru Anar Məmmədov artıq iki gündür ki, prokurorluqda dindirilir.

Загрузка...

PressClub.Az-ın məlumatına görə, dünən A.Məmmədov rəhbərlik etdiyi saytda Gəncənin icra başçısına edilən sui-qəsdlə bağlı xəbərləri tirajladığı üçün Bakı Şəhər Prokurorluğuna çağırılıb. Ötən gecə prokurorluq əməkdaşları Anar Məmmədovun evinə gələrək sayt ilə bağlı bütün sənədləri və işlədiyi kompüteri müsadirə ediblər. Criminal.az saytında Elmar Vəliyev sui-qəsdi ilə bağlı xəbərlər yayıldığı üçün baş redaktor istintaqa cəlb olunub. Criminal.az və criminalaz.com domenləri də ölkə ərazisində bloklanıb.
A.Məmmədov bu gün yenidən sorğu-sual aparılması üçün prokurorluğa çağırılıb. İş vaxtı bitsə də, hələ də ondan bir xəbər yoxdur. Buna görə də ailəsi, A.Məmmədovun taleyindən narahatdır.
Baş redaktorun xanımı Günel Zeynalova deyib ki, A.Məmmədov bu gün yenidən Bakı şəhər Prokurorluğuna çağırılıb: “Anarın hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edir. Dünən bütün günü şəhər prokurorluğunda olsa da, heç bir dindirmə aparılmayıb. Sadəcə axşam deyilib ki, fəaliyyətinlə bağlı qeyri-müəyyənliklər var.
İyulun 9-da mənzilimizə gələrək Anara məxsus kompyuteri, iki ədəd mobil telefonu və Criminal.az MMC-yə məxsus sənədləri aparıblar. Dünən isə Anara məxsus telefonlarda “Whatsapp” və şəxsi “Facebook” profili online olub. Hazırda Criminal.az saytı ölkə ərazisində bloklanmış vəziyyətdədir”.

Загрузка...

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin